Hüquqşünas: “Hərbi qulluqçuların sağlamlığının qorunması üçün zəruri tədbirlər görülür”

Hüquqşünas: “Hərbi qulluqçuların sağlamlığının qorunması üçün zəruri tədbirlər görülür”

"Hərbi qulluqçular üçün mühüm hüquqlardan biri də sağlamlığının qorunmasıdır. Bunun üçün zəruri tədbirlər görülür".

Qaynarinfo "MediaPost"a istinadən xəbər verir ki, bunu Silahlı Qüvvələrin ehtiyatda olan zabiti, hüquqşünas Rahim Abıyev deyib.

O bildirib ki, hərbi qulluqçuların sağlamlığı qanunauyğun şəkildə qorunur: "Bu gün bütün hərbi hissələrdə dezinfeksiya, təmizlik işləri aparılır. Hərbçilərinin sağlamlığının qorunması üçün ilkin şərtlərdən biri də belə təmizlik işlərinin aparılmasıdır. Ona görə də bu proses əvvəldən aparılır. Sadəcə koronavirusa görə daha da gücləndirilib.

Ümumiyyətlə, şəxsi heyətin sağlamlığına, sanitar-gigiyena, epidemiyalara qarşı müalicə-profilaktik tədbirləri daim nəzarət həyata keçirilir. Hərbi qulluqçular üçün tibb bölmələrində tibbi yardımın bütün növləri üzrə xidmətlər göstərir. Onlar dərman və tibb ləvazimatların pulsuz verilməsi ilə yerinə yetirilən tibbi təminat hüququna malikdirlər. Hərbi qulluqçular üçün məcburi qaydada ambulator və ya stasionar müayinə aparılır. Hərbi quiluqçuların xidmət yeri üzrə hərbi tibb müəssisələri olmadıqda, habelə, təcili tibbi yardım göstərilməsi zəruri olduqda onlara belə yardım mülki səhiyyə müəssisələrində onların tabeçiliyindən asılı olmayaraq, pulsuz göstərilir”.

Hüquqşünas bildirib ki, hərbi qulluqçuların imtiyazlar almaq hüququnu və onlara şamil edilən digər güzəştləri qanunvericilik müəyyən edir və onlara təminat verir:

"Bu gün hərbi qulluqçuların sağlamlığından tutmuş bütün hüquqları qorunur. Deyərdim ki, indiki vaxtda bunlardan ən önəmlisi elə sağlamlığın təmin olunmasıdır”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR