Texnologiya 19:43 11.08.2019

“Hyundai” 400 mindən çox avtomobili geri çağırır

"Hyundai” şirkəti Çinə satdığı 400 min 377 avtomobili geri çağırır.

Qaynarinfo xəbər verir ki, buna səbəb həmin avtomobillərin aşağı temperatur şəraitində dayanmadan idarə olunarkən yağ səviyyəsinin yüksəlməsi və bunun da mühərrik nasazlığının indikator lampalarının işıqlanmasına, hətta mühərrikin zədələnməsinə gətirib çıxarması ehtimalıdır.

Beləliklə, 2015-2018-ci illərdə istehsal olunan "Tucson” modelli avtomobillər geri çağırılacaq.