İcra hakimiyyəti şəhid məzarlığında mal otarmağı qadağan etdi (FOTO/VİDEO/AÇIQLAMA)

İcra hakimiyyəti şəhid məzarlığında mal otarmağı qadağan etdi (FOTO/VİDEO/AÇIQLAMA)

Abşeron rayon İcra Hakimiyyəti Goradil qəsəbəsində şəhidlərin ruhuma ucaldılan abidəyə qarşı hötrmətsizliklə bağlı münasibət bildirib.

Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Şəhidlər kompleksinin ətrafı aqlay daşlarla döşənib:

"Orada nəinki mal-heyvan otarmağa, heç otun bitməyinə yer yoxdur. Şəhidlər abidəsi kompleksinin arxa hissəsində iqtifadə olunmayan köhnə bir qəbiristanlıq yerləşir. Həmin qəbiristanlıda kənd camaatı tərəfindən mal-qaranın otarılması müşahidə olunur. Bununla əlaqədar olaraq, kənd icra nümayəndəsi tərəfindən həmin şəxslərə xəbardarlıq edilib. Tapşırılıb ki, orada mal-heyvan otarılmasın”. 

Seymur Qasımov qeyd edib ki, ümumilikdə, həmin şəhidlər kompleksi normal vəziyyətdədir: 

"Ora İcra Hakimiyyəti və bələdiyyə tərəfindən diqqət göstərilib və təmir olunub. Hazırda ərazisi bu fotolordakı kimidir”.

Qeyd edək ki, iddiaya görə, Abşeron rayonunda şəhidlərin ruhuna hörmətsizlik edilib. Rayonun Goradil qəsəbəsində Böyük Vətən Müharibəsi və Qarabağ döyüşlərində həlak olmuş qəhrəmanların xatirəsinə qoyulmuş abidə bərbad gündədir. Sosial şəbəkədə yayılmış fotoya əsasən demək olar ki, abidə baxımsız vəziyyətdədir və təmirə ehtiyacı var. Bir zamanlar təntənəli şəkildə açılmış bu bağda indi qoyunlar otlayır, yerli hakimiyyəti isə nədənsə göz önündə olan bu mənzərəyə laqeyd yanaşır. 

Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image