İcra hakimiyyətinin 5 böyük tenderini 2 şirkət udub

İcra hakimiyyətinin 5 böyük tenderini 2 şirkət udub

Qaradağ rayon icra hakimiyyəti rayonda abadlıq və yol təmiri tenderlərinin nəticələrini açıqlayıb.

Qaynarinfo fed.az-a istinadən xəbər verir ki, rayon icra hakimiyyəti başçısı aparatının Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin 5 tenderində 2 şirkət qalib gəlib.

5 tenderin ümumi məbləği 2 milyonq manata yaxındır. Onun 870 min manatını «NOR CONSTRUCTİON» MMC, 1 milyon 50 min manatını isə «Təmir-Təchizat-4» MMC qazanıb.

Mənzil fondunun əsaslı təmiri tenderində – 157 180 mana t – «NOR CONSTRUCTİON» MMC

Abadlıq işlərinin yerinə yetirilməsi tenderində – 711026 manat - «NOR CONSTRUCTİON» MMC

Abadlaşdırma işləri üzrə mal materialın alınması tenderində – 74 633 manat – «Təmir-Təchizat-4» MMC

Abadlaşdırma işləri üçün xususi geyim və yumşaq inventarın alınması tenderində – 83 099 manat - «Təmir-Təchizat-4» MMC

Yolların əsaslı təmiri tenderində – 893 034 manat - «Təmir-Təchizat-4» MMC qalib gəlib.(fed.az)
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image