Dünya 14:10 14.03.2020

İdlib zirvəsi Covid-19 üzündən telekonfrans şəklində keçiriləcək

Martın 17-nə planlaşdırılan Türkiyə, Fransa və Türkiyə liderlərinin İstanbulda üçtərəfli görüşü telekonfrans vasitəsi ilə keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu qərar dünyada yeni növ koronavirusun (Covid-19) yayılmasına qarşı görülən tədbirlər çərçivəsində qəbul edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin iştirakı ilə keçiriləcək sammitdə İdlibdəki vəziyyətin tənzimlənməsi, qaçqın və Türkiyə ilə AB arasındakı münasibətlərin müzakirəsi planlaşdırılır.
 
Alpər