Xəbər lenti

İdman cinsi zəifliyə səbəb olurmu? (AÇIQLAMA)
Sağlamlıq 14:57 22.09.2017

İdman cinsi zəifliyə səbəb olurmu? (AÇIQLAMA)

"Kişinin həyatında ən çox rast gəlinən müvəffəqiyyətsizlik" - XIX əsrdə məşhur psixoterapevt Ziqmund Freyd impotensiyanı belə adlandırmışdı. İllər keçdi, çox saylı tibbi tədqiqatlar aparıldı, onlarla kitab yazıldı, bu xəstəliyin diaqnostikası və müalicəsinin yeni texnologiyaları icad edildi. Lakin elə indi də, bizim stresslər, daimi psixoloji və fiziki gərginliklər əsrimizdə cinsi zəiflik ən geniş yayılmış problem və bütün dünyada bir çox kişi üçün güclü zərbə olaraq qalır. 

Cinsi zəiflik (Erektil difunksiya) kişi cinsi orqanının vaginaya (uşaqlıq yoluna) daxil olması və qənaətbəxş cinsi aktı yerinə yetirmək üçün kifayət edən ereksiyaya (sərtlik) nail olmaq və ya saxlamaq bacarıqsızlığı kimi müəyyən etmək olar. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, 21 yaşdan yuxarı hər on kişidən biri ereksiyanın pozulmasından əziyyət çəkir, 60 yaşdan yuxarı hər üç kişidən biri isə ümumiyyətlə, cinsi aktı yerinə yetirmək qabiliyyətindən deyil. Müxtəlif yaşlı kişilər üçün cinsi zəiflik probleminin əhəmiyyətini sözlərlə ifadə etmək çox çətindir. 

Belə bir fikir var ki, peşəkar şəkildə idmanla məşğul olan kişilərdə cinsi zəiflik yaranır. Əsasən də, ağır atletika və "bodybuilding"lə məşğul olan kişilərdə bunun daha çox müşahidə olunduğu deyilir.

"Qaynarinfo" bu fikrin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün həkim Kənan Mölyamlıya müraciət edib. Həkimin sözlərinə görə, idman edərkən bəzi nüanslara diqqət etmək lazımdır:


"Ümumiyyətlə idmanın insan orqanizimə müsbət təsirləri var, lakin biz bundan danışmayacağıq. Burda söhbət idmanın bütün növlərindən getmir. Ağır atletika və "bodybuilding" idman növləri ilə məşğul olan insanlara idmanın mənfi təsiri müsbətdən çoxdur. Mənfi tərəfləri bundan ibarətdir ki, idman zamanı istifadə olunan çəki daşlarının ağırlığını düzgün nizamlanmadıqda, onurğada problem yaradır və ya travmalara səbəb olur. Bu gələcəkdə özünü cinsi sferaya olan mənfi təsirləri ilə üzə çıxır. Ən əsas isə bu günlərdə daha çox rastlanan problemlərdən biri, BAE - bioaktiv əlavələri olan məddələrdən istifadədir. Bu maddələr vasitəsilə əzələ kütləsi daha tez formalaşır. Əsas istifadə olunanlar amin turşuları, anabolik steroidlər adlanan dərman qruplarıdır. Amin turşusunun seksual sferaya mənfi təsiri yoxdur. Hətta müsbət təsirləri olduğunu qeyd etmək lazımdır. Çünki cinsiyyət sistemində Karnitin ve Arginin kişi cinsiyyət sisteminə müsbət təsir göstərən faktorlardır. Yəni amin turşuları cinsiyyət sisteminə müsbət təsir göstərir. Lakin biz deyə bilmərik ki, bu dərmanların hər birinin tərkibində amin turşuları var. Çünki ölkəyə idxal olunan dərmanların mənşəyi və tərkibi bilinmir. Üstündə yazılanlarla dərmanın tərkibi eyni olmur. Amin turşularından əlavə anabolik steroidlər də istifadə olunur. Bu streoidlər öncə bədəndə testosterona oxşar təsir göstərir. Testosteron kişilik hormonudur. Qanda testesteronun səviyyəsini artırır, uzun müddət və sonra isə əks-effekt təsiri göstərir. Yəni testesteronun kəskin azalması müşahidə olunur. Bununla da cinsi zəiflik və xəstəliklər yaranır".

Lalə Niftaliyeva

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->