Dünya 18:52 07.11.2019

İki dostun qəribə mübahisəsi faciəylə bitdi: 50 yumurta mərci

Hindistan sakini Subhaş Yadav çox sayda yumurta yeyəndən sonra qəfildən yıxılaraq huşunun itirib. 

Qaynarinfo xəbəbr verir ki, bu haqda Daily Mail məlumat verib.

Nəşrin yazdığına görə, 42 yaşlı kişi dostuyla bazara gedib. Orada onların aralarında nəsə mübahisə yaranıb. Onlar mübahisəni yoluna qoymaq üçün bir növ duel təyin ediblər. "Duel"in şərtlərinə görə, 50 yumurta yeyən şəxs 2000 rupi alacaqmış. 

Yadav 41 yumurta yedikdən sonra qəfildən huşunu itirib. Onu təcili yerli klinikalardan birinə çatdırsalar da, iki saat sonra dünyasını dəyişib. Həkimlər ölümün onlarla yumurtanı yeyəndən sonra yaranan fəsad nəticəsində baş verdiyi qənaətinə gəliblər.

Alpər