Dünya 17:44 15.05.2019

İki ölkənin hərbçiləri İraqı tərk edir

 
Almaniya və Niderland İraqda hərbi fəaliyyətini dayandırıb.

Qaynarinfo Xarici KİV-ə istinadən xəbər verir ki, qərara səbəb kimi regionda siyasi vəziyyətin gərginləşməsi göstərilib.

Qeyd edək ki, bu gün İran nüvə fəaliyyətini genişləndirəcəyini rəsmi şəkildə bəyan edib. ABŞ İranla münasibətin daha da pisləşməsi səbəbilə İraqdakı diplomatlarını çıxarmaq barədə qərar qəbul edib. Ötən gün isə ABŞ-ın İran təhlükəsinə görə Yaxın Şərqə 120 minlik qoşun yeridəcəyi barədə xəbər yayılmışdı.

Gülşən