Xəbər lenti

İki ordu üz-üzə: ABŞ əsgərləri rusların yolunu kəsib geri qaytardı
Dünya 13:54 22.01.2020

İki ordu üz-üzə: ABŞ əsgərləri rusların yolunu kəsib geri qaytardı

Suriyada ABŞ əsgərləri bölgəyə çatmaq istəyən rus əsgərlərinin yolunu kəsərək hərbi karvanı geri qaytarıb. ABŞ qoşunlarının komandiri Rusiya qüvvələrinə icazə verməyəcəklərini bildirib.

Qaynarinfo xəbər verir ki, Amerika əsgərləri rus əsgərlərin hərbi karvanının qarşısını Qamışlı ilə Derik şəhəri arasındakı Rimelan yaşayış məskəni yaxınlığındakı Gir Ziyarət kəndində bağlayıblar. İddiaya görə, kəndin yaxınlığındakı yol kəsişməsində bir müddət gözləyən 5 nəfərlik zirehli maşın və pikaplardan ibarət rus karvanı geri qayıtmağa məcbur olub.

"Rusların bu bölgəyə gəlməsinə icazə verməyəcəyik, gəlsələr, geri qayıtmalarını tələb edəcəyik", - Şimali İraq Kürdüstanının başçısı Məsud Bərzaniyə yaxınlığı ilə tanınan "Rudaw” müxbirinin suallarını cavablandıran Amerika qoşunları komandiri deyib.

"Rudaw” müxbirinin "Lazım gələrsə, onlara qarşı güc tətbiq edərsinizmi” sualına ABŞ komandiri belə cavab verib: "Belə bir vəziyyətdə rəhbərlərimlə danışmalıyam. Güc tətbiqi məsələsi koalisiya tərəfindən veriləcək bir qərardır”.

Beləliklə, ABŞ əsgərləri bir həftə ərzində Rojavadakı neft yataqlarına çatmaq istəyən Rusiya hərbi karvanının yolunu üçüncü dəfə kəsmiş olub.
Strateji əhəmiyyətli M4 avtomobil yolu bir gün əvvəl ABŞ və Rusiya ordusu arasındakı münaqişə səbəbindən də müvəqqəti bağlanıb.

ABŞ-ın Suriyanın Raqqa və Deyrezor şəhərində əsas dayağı YPG-dən təşkil olunan Demokratik Suriya Qüvvələrinin (DSG) nəzarətində olan bölgələrdə 11 bazası və hərbi nöqtələri var.

Rus əsgərləri isə Qamışlı, Kobani və Münbicdə yerləşir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->