İki qadın güləşçimiz gümüş medal qazandı

İki qadın güləşçimiz gümüş medal qazandı

Azərbaycanın qadın güləşçiləri Gültəkin Şirinova və Mərziyə Sadıqova "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşlərinə çıxıb.

Qaynarinfo xəbər verir ki, Gültəkin Şirinova (46 kq) finalda Rumıniya təmsilçisi Georgiana-Lavinia Antuka ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Şirinova gümüş medalla kifayətlənib. 

61 kq çəki dərəcəsində mübarizə aparan Mərziyə Sadıqova isə həlledici dueldə İtaliya təmsilçisi Aurora Russo ilə qarşılaşıb. Rəqibinə 4:10 hesabı ilə məğlub olan Sadıqova gümüş medalla kifayətlənib. 

Qeyd edək ki, Azərbaycan güləşçiləri indiyədək 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR