Ölkə 12:48 06.04.2019

İlham Əliyevdən 10 milyonuncu sakinlə bağlı paylaşım (FOTO)

Xəbər verdiyimiz kimi, aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. 

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev 10 milyonuncu Azərbaycan vətəndaşının doğulması ilə bağlı "Facebook"da paylaşım edib. Dövlət başçısı üzərində "10 000 000-cu Azərbaycan vətəndaşı dünyaya gəldi" yazılmış, uşaq əlini tutan əlin və Azərbaycan bayrağının olduğu foto paylaşıb.

Qeyd edək ki, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bununla bağlı Azərbaycan xalqını təbrik edib.