"İlham Əliyev 3+3 formatını irəli sürəndə, bu ideyanı fəal şəkildə dəstəklədik” - Lavrov

"3+3 formatı ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürüləndə biz bunu fəal şəkildə dəstəklədik”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün regionun inkişaf perspektivləri müzakirə olunduğu üçün 3+3 formatında başlanmış proseslər daha əhəmiyyətlidir:
 
"Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması səyləri Cənubi Qafqazda vəziyyətin normallaşmasına yola açır və digər məsələlərlə yanaşı, Cənubi Qafqazın üç ölkəsi ilə onların üç qonşusu arasında iqtisadi və digər əməkdaşlığın inkişafı yolu ilə hələ də qalan siyasi problemlərin daha fəal və səmərəli həllinə şərait yaratmağa kömək edir”.
XƏBƏRLƏR
BLOGLAR
X