Xəbər lenti

İlham Əliyev Leriklə bağlı sərəncam imzaladı
Ekonomiks 19:05 06.04.2018

İlham Əliyev Leriklə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->