Xəbər lenti

İlham Əliyev:
Ekonomiks 22:34 23.01.2018

İlham Əliyev: "OPEK+ razılaşması 2018-ci ildən sonra da uzadılmalıdır"

Bakı hesab edir ki, OPEC-ə daxil olan və olmayan ölkələrin (OPEC+) hasilatın azaldılmasına dair sazişi 2018-ci ildən sonra uzadılacaq.

Bunu RİA Novosti-yə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"Hesab edirik ki, OPEC və qeyri-OPEC formatı davam etdiriləcək. O davam etməlidir. İndi yaxşı ki, onu ilin sonuna qədər uzatdılar. Lakin mən düşünürəm ki, ondan sonra da uzatmaq lazım gələcək”, - deyə İlham Əliyev bildirib.

İlham Əliyev xatırladıb ki, Bakı neftin qiymətlərinin sabitləşdirilməsi üzrə OPEC+ sazişini dəstəkləyir və hətta hasilatın azaldılmasına dair öhdəliklərini artıqlaması ilə yerinə yetirir:

"Biz həmişə hasilatın azaldılmasını dəstəkləmişik və dəstəkləyirik və öz öhdəliklərimizi yerinə yetiririk. Hətta artıqlaması ilə yerinə yetiririk”.

Dövlət başçısı əlavə edib ki, çərşənbə axşamı Davosda OPEC-in baş katibi Məhəmməd Barkindo ilə görüşdüyünü əlavə edib:

"O bizim öz öhdəliklərini yerinə yetirən ölkə kimi rolumuzu yüksək qiymətləndirib və OPEC və qeyri-OPEC-in yaxışlaşmasında mühüm rol oynadığımızı bildirib”, - deyə Azərbaycan prezidenti söyləyib. (oxu.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->