İlham Əliyev və Putin Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə etdi

İlham Əliyev və Putin Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə etdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyətin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq bundan sonrakı stabilləşməsinə dair müzakirəsi davam etdirilib.

Regionda sülhün, təhlükəsizliyin və ardıcıl sosial-iqtisadi inkişafın təmin olunması məsələlərinə, eləcə də nəqliyyat kommunikasiyalarının bərpa olunması işinin gedişatına ətraflı baxılıb.

Bununla yanaşı, aprelin 7-də Moskvada baş tutan ali səviyyədə Rusiya-Ermənistan danışıqlarının yekunları nəzərə alınıb.

Müxtəlif formatlarda təmasların aktivləşdirilməsi razılaşdırılıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR