Xəbər lenti

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
Foto 13:00 27.04.2026

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Qəbələdə aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verib. Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Sonra rəsmi foto çəkdirilib.
 
***
 
Qəbələdə aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə təkbətək görüşü keçirilib.

***
 
Aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişlə geniş tərkibdə görüşü olub.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış edirlər.

--> -->