İlham Əliyevin Moskva səfəri: Nələr müzakirə olunacaq? (ŞƏRH)

İlham Əliyevin Moskva səfəri: Nələr müzakirə olunacaq? (ŞƏRH)

"Hazırda Rusiya sülhməramlılarının Qarabağdakı yanaşması iki ölkə arasında ikitərəfli münasibətlərinin gələcəyi ilə bağlı veriləb açıqlamalara uyğun gəlmir. Buna mütləq və sürətlə aydınlıq gətirilməsi zərurəti var".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Araz Aslanlı Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri ilə bağlı gözləntilərini şərh edərkən deyib.

Onun sözlərinə görə, səfər ilk növbədə buna aydınlıq gətirəcək və ikitərəfli münasibətlərin ruhuna uyğun olacaq:

"Azərbaycan-Rusiya münasibətləri hər iki ölkə üçün həmişə önəmlidir. Rusiya dünyanın ən önəmli dövlətlərindən biridir və BMT Təhlükəsizlik Şurasının  üzvüdür. Bunlardan əlavə Azərbaycan üçün önəmli məsələ olan ərazi bütövlünün və suverenliyin tam təmini ilə bağlı prosesdə Rusiya fəal iştirak edir. Amma 10 noyabrdan sonra Azərbaycan ərazisində daxil olan Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı Azərbaycanın yanaşması daha çox narataçılıqdır. Bu narahatçılıq cəmiyyətdə çox yüksək səviyyədədir. Rəsmilərdə də narahatçılıq yüksək səviyyədədir və bu ifadə olunan narahatçılıqdır. Örtülü deyilən, yaxud da gizlədilən narahatçılıq deyil. Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etmək üçün bir proses başladıb. İndi deyirik ki, münaqişə tam həll olunub. Amma bütün ərazilərimiz üzərindən suverenliyimiz tam bərpa olunmayıb. Birincisi, ərazimizdə başqa bir dövlətə - Rusiyaya aid hərbi qüvvə var. İkincisi, 10 noyabrdan sonra bizə atəş açmaqda davam edən erməni silahlı qrupları var. Biz bilmirik ki, onlar Ermənistan ordusunun əsgərləridir, yoxsa Rusiya sülhməramlılarının nəzarət elədiyi ərazidə qalan qeyri-qanuni dəstələrdir. Hər halda bunu Rusiya yaxşı bilir. Amma bunların hamısı şərtləndirir ki, Azərbaycan və Rusiya prezidentləri hər bir detallı müzakirə etsinlər və  vəziyyətə aydınıq gətirsinlər. Rusiya sülhməramlıları burada nə üçün var və onlar sülhün təmini üçün lazım olan addımları niyə tam atmırlar?".

Araz Aslanlı bildirib ki, bəzən onların yanaşmaları Azərbaycanın suverenliyinə hörmətsizlik mötivlərini əks elətdirir:

"Azərbaycan-Rusiya münasibətlərinin gələcəyinə aydınlıq gətirməyə ehtiyac var. Amma xüsusi detallar var ki, onların aydınlaşdırılması vacibdir. Əgər bu vəziyyətə aydınlıq gətirilməsə, Rusiya Azərbyacn münasibətləri arzu olunmaz xəttə doğru gedər bilər. Hansı ki, Azərbaycan prezidenti İlham Əliyev də Vladimir Putun də ikitərəfli münasibətlərinin gələcəyi, hətta regionun gələcəyi ilə bağlı ilə bağlı fərqli açıqlamalar veriblər". 
 
Politoloq əlavə edib ki, gələcəyin konturlarını cızmaq və onlara sadiq qalmaq üçün bu səfər fürsətdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri gözlənilir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov səfərlə bağlı bunu deyib: "Bu, işgüzar səfərdir. Biz mövqelərimizi uzlaşdırırıq”.

Bahar Rüstəmli
X
XƏBƏRLƏR
BLOGLAR