Müğənni Əli Mirəliyev mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənovanın dələduzluqda ittiham olunmasına münasibət bildirib.
O, Qaynarinfo-ya açıqlamasında deyib ki, İlhamə xanımın ögey bacıları mərhumun bütün var-dövlətinə sahib olublar:
"İlhamə xanım öldü. Həmin bacıların həyatboyu İlhamə xanımla əlaqələri olmayıb. Düzünü deyəcəyəm, İlhamə xanım İradəni bir az çox istəyirdi, amma Gülbaharı sevmirdi. Onlar İlhamənin yığdığı bütün qızıllara sahib çıxdılar. Həbib dayı, Tükəzban xanımın illərlə yığdığı qızıllara, var-dövlətə ögey bacılar sahib oldular. Bunun bir adı var - başqasının malını yemək. Olmaz belə, vəssalam. Siz onun malına sahib çıxdınız, Allah da sizə göstərdi ki, yetimin malını yemək olmaz, əsasən olmadan ona sahib çıxa bilməzsən. Amma siz yetimin malını yediyinizə görə, nəticəsi bu oldu. Nə etdilərsə, onun da əvəzini gördülər".
Qeyd edək ki, Azərbaycanın məşhur Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova bir sıra vətəndaşlardan külli miqdarda pul və qızıl zinət əşyalarını mənimsəyərək dələduzluq edib. Manset.az-ın əldə etdiyi məlumata görə, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən Nigar Həsənova bir neçə vətəndaşın etibarını qazanaraq onlardan külli miqdarda pul, qızıl zinət əşyaları alıb və geri qaytarmayıb.
Məlumata əsasən, N. Həsənova götürdüyü pul vəsaitlərinin və zinət əşyalarının bir hissəsini borclarını ödəməyə xərcləyib, digər hissəsini isə lombarda qoyub. İddialara görə, o, Pakizə Əliyeva adlı vətəndaşdan 146 290 manat pul vəsaiti və 700 qram qızıl, Lalə Rüstəmovadan 650 qram qızıl, həmçinin İlqar Əliyevdən 50 000 manat alaraq geri qaytarmayıb. Bundan başqa, Nigar Həsənovanın daha bir sıra şəxslərə qarşı dələduzluq etdiyi, külli miqdarda pul və zinət əşyaları mənimsədiyi bildirilir. Hazırda bununla bağlı polis orqanlarında araşdırma aparıldığı qeyd edilib.
Nigar Həsənova ilə əlaqə saxlanılsa da, cavab vermədən telefonu söndürüb. O, İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.
Bahar Rüstəmli
Nigar Həsənova
İradə Həsənova
Şərhlər