Xəbər lenti

Bakcell lotereyasında 12-ci avtomobil uduldu!
Ekonomiks 14:43 26.12.2025

Bakcell lotereyasında 12-ci avtomobil uduldu!

Qaynarinfo.az xəbər verir ki, Bakcell-in meqa lotereyasında 12-ci avtomobil qalibi məlum olub. Həftəlik tirajın nəticələrinə görə növbəti "Zeekr 001” qalibi Bahadur Səmədov olub. 

31 dekabra qədər davam edəcək lotereyada daha 1 "Zeekr 001” avtomobili öz şanslı sahibini tapacaq.  

Meqa hədiyyəyə isə sayılı günlər qalıb! Abunəçilər "Şans” paketini əldə etməklə 200 000 manatlıq "Porsche Cayenne” qazanmaq şanslarını dəfələrlə artıra bilərlər: 
- 1 AZN-lik "Şans” paketi – 3 şans → *3#YES 
- 5 AZN-lik "Şans” paketi – 25 şans →*25#YES

Vurğulayaq ki, "Şans” paketləri Bakcell abunəçilərinə lotereyada iştirak haqqı ilə yanaşı, şəbəkədaxili danışıq dəqiqələri də qazandırır. 

Ətraflı məlumat üçün: lotereya.bakcell.com

--> -->