Dünya 09:37 14.07.2020

İllərdir küsülü olan qəbilələr barışdırıldı

Sudanda uzun illərdir bir-birinə düşmən olan Bəni Amir və Nuba qəbilələri barışıblar.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hökumətin məsələyə əl qoyması ilə bir araya gətirilən qəbilə üvləri bundan sonra münaqişə etməyəcəklərinə dair söz veriblər. Həmçinin qəbilələr arasında sülh sazişi də imzalanıb. Tərəflər bu sazişin hər iki tərəfə sabitlik gətirəcəyinə ümid etdiklərini ifadə ediblər.

Qeyd edək ki, qəbilələr keçən ilin sentyabrında da barışdırılmış, lakin yanvar və may aylarında aralarında yenə anlaşmazlıq yaşanmış və baş verən qarşıdurmalarda onlarla insan həyatını itirmişdi.

Camal