"Karantinin öldürücü olduğunu bir çox statistik göstəricilər sübut edir. O cümlədən intiharlar statistikası. Bu təcrübə dərhal rədd edilməlidir”.
Qaynarinfo xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. Sədr gənc qadınların daha çox əziyyət çəkdiyini vurğulayıb:
"Karantin məhdudiyyətləri uzandıqca intihar sayının artacağını neçə-neçə alim uzun müddətdir yazırdı. Bu indi dünyanın hər yerində təsdiqlənir. Axtarışa verin, görün nə qədər elmi yazılar və jurnalist reportajları tapırsınız. Bir nəfərin acı taleyi söhbəti çox istiqamətə yönəldə bilər, statistika isə hər şeyi izah edir. Çünki öz mahiyyətinə görə bir növ "alın yazısı"dır: məsələn, karantinli ölkələrin birində təkcə iyul-oktyabr aylarında qadınlar arasında intihar halları 37 faiz, gənclər arasında isə 49 faiz artıb. Deməli, gənc qadınlar xüsusilə çox mənəvi əziyyət çəkir. Küçədə də maska taxmaq kimi ağılsız qərarlar verən Operativ Qərargahın "qandığı qrafa" yoxdur ki, aylarla toy, şənlik, gülər üz görməyəndə ruh halı zəifləmiş insanlar həm də küçədə xoş insan sifəti əvəzinə tibbi maska, xəstəxabna ab-havası görəndə daha da depressiyaya girir, intihara meyillənir”.
İlqar Məmmədov qeyd edib ki, bu sadə şeyləri qanmaqdan ötrü heç psixoloq olmaq lazım deyil, həyat təcrübəsi yetər.
Bahar Rüstəmli
Şərhlər