Çin ABŞ-ı nüvə zərbəsini birinci endirəcəyi ilə təhdid etdi

Çin ABŞ-ı nüvə zərbəsini birinci endirəcəyi ilə təhdid etdi

ABŞ-ın bölgədə artan varlığına və ABŞ-İngiltərə-Avstraliya (AUKUS) strateji tərəfdaşlığına cavab olaraq Çin birinci olaraq nüvə zərbəsi endirməyə hazır olmalıdır.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Pekinin yüksək səviyyəli diplomatı səsləndirib. Yüksək çinli diplomatın fikrincə, Pekin nüvə silahından yalnız qisas almaq üçün istifadə oluna biləcəyi siyasətindən əl çəkməlidir.

Daily Mail-ə görə, diplomat Şa Zukanın fikrinə görə, AUKUS kimi yeni Sakit okean ittifaqlarının yaranması o deməkdir ki, Çin daha aqressiv mövqe tutmalıdır.
Çinin BMT-dəki keçmiş səfiri nüvə siyasəti üzrə Çinli mütəxəssislərin zirvə toplantısında deyib ki, nüvə silahından istifadə ilə bağlı uzun müddətdir davam edən yalnız cavab məqsədi ilə istifadə etmək öhdəliyi məsələsini ABŞ-ın bölgəmizdə hərbi varlığını artırmaq üçün yeni hərbi ittifaqlar qurduğu zaman "yenidən nəzərdən keçirməyin və tənzimləməyin" vaxtı gəlib.
 
Alpər
XƏBƏRLƏR
BLOGLAR
X