Çin İrana 280 milyard dollar investisiya yatıracaq

Çin İrana 280 milyard dollar investisiya yatıracaq

Çin hökuməti İrana 280 milyard dollar investisiya yatıracaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Petroleum Economist" jurnalı xəbər yayımlayıb. Çin ABŞ sanksiyalarına görə çətin vəziyyətə düşən İranın neft, qaz və neft-kimya sənayesinə 280 milyardlıq investisiya qoyacaq. Asiya ölkəsi İranın nəqliyyat və texnologiya infrastrukturunun yenilənməsinə də köməklik göstərəcək. 

Ötən ayın sonlarında İranın XİN rəhbəri Cavad Zərif Çinə rəsmi səfərə getmişdi. Baş tutan görüşlərdə razılığın detallarının müzakirə edildiyi güman olunur. Rəsmi Pekin İranın təkcə neft və sənaye infrastrukturu üçün 120 milyard pul xərcləyəcək. Həmin məbləğ razılıq əldə ediləndən sonra 5 il ərzində veriləcək. 

Rəsmi Tehran bu dəstək qarşılığında Çinin neft-qaz sahəsini inkişaf etdirməsi üçün texnologiya və işçi dəstəyi verəcək, həmçinin neft-kimya layihələrində iştirak hüququ tanıyacaq. 

Razılıq Çinə İranın istehsal etdiyi neft-qaz məhsullarını 32% ucuz əldə etməsi üçün imkan yaradacaq. 

İranda Çin layihələrinin, həmçinin ixracat prosesinin təhlükəsizliyini təmin etmək üçün 5 min çinli işə cəlb ediləcək. 

Yeni razılığın əsas detalları barədə mediaya məlumat verilmir. Lakin İran-Çin sazişinin dünyanın enerji sənayesində ciddi dəyişikliyə səbəb olacağı proqnozlaşdırılır.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR