Dünya 17:37 02.06.2020

Çin yadplanetlilərin axtarışına başlayır - FAST

Çin tezliklə yerdənkənar həyatın axtarışına mühüm töhfə verə bilər. 

Qaynarinfo "Science and Technology Daily” dövlət nəşrinə istinadla xəbər verir ki, beş yüz metrlik FAST diyaframı olan sferik radioteleskop sentyabr ayında yad siqnalları axtarmağa başlayacaq.

Teleskop yanvar ayında rəsmi olaraq istifadəyə verilib, ancaq indi modernləşmə mərhələsindədir. FAST-ın diametri 500 metrdir və doldurulmuş bir diyaframı olan ən böyük teleskopdur.

Alim Çjan Tunsze qeyd edib ki, yerdənklənar həyatı axtarmaq teleskopla mütəmadi elmi işlərə mane olmayacaq. Bununla belə o, bu araşdırmalara böyük ümid bəsləməməyi də məsləhət görüb.

Tunszeyə görə, "potensial yadplanetlilərin bəzi maraqlı darzolaqlı siqnalları" mövcud olsa da, o, bu siqnalların şüurlu həyat nöqtəsindən gələcəyini gözləmir. Tipik olaraq, bu fərqli radio siqnalları pulsardan və ya təsadüfi sürətli radio partlamalarından gəlir. Buna baxmayaraq, yadplanetlilər hər bir halda mövcuddurlarsa və bizə kifayət qədər yaxın olan radiosiqnallar ötürürlərsə, FAST-ın onları tutmaq üçün hər bir şansı var.

Alpər