Xəbər lenti

İnanılmaz iddia: öldükdən sonra da beyniniz işləyir
Sağlamlıq 09:00 21.10.2017

İnanılmaz iddia: öldükdən sonra da beyniniz işləyir

Elm adamları insanın öldükdən sonra da beyninin işlədiyini iddia edib. İnsanın öz ölümünün fərqində olduğu, çünki vücud həyat əlamətlərini göstərməyi dayandırdıqdan da beyninin işlədiyi açıqlanıb. Yəni həkimlər sizin ölümüzünü yaxınlarınıha dedikdə bunu özünüz də eşidə bilirsiniz. 

"Qaynarinfo" xəbər verir ki, bu iddia ilə Nyu Yorkdakı NYU Langone Tibb Fakültəsində canlandırma  araşdırması aparan professor Sam Parnia çıxış edib.

Professor və komandası infarkt keçirən və texniki olaraq "ölü" sayılan xəstələr üzərində çalışır, əksər hallarda onları həyata qaytarır. Bu araşdırmanı da öz xəstələri üzərində aparıblar. Yəni ölüb həyata qayıdan insanların üzərində...

Araşdırmaya cəlb olunan xəstələrin bəziləri ürəkləri dayanan zaman yanlarında danışılanların şamısını təkrarlayıb. Biz onların öldüyünü düşünərkən, onların beyinləri çalışır və ölü elan edildikdən son ətraflarında baş verənlərdən xəbərdar olurlar.

Bu iddialar həmin vaxt əməliyyatxanada olan həkim və tibb bacıları tərəfindən də təsdiqlənib.

Ölüm ürəyin dayandığı nöqtə hesab olunur və indiyədək öldükdən sonra beyində qan axışının dayandığı deyilirdi. Amma son araşdırma bunun doğru olmadığını üzə çıxarıb.

Aydın

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->