Dünya 12:27 27.09.2021

Rusiyanın tanınmış incəsənət xadimi vəfat etdi (FOTO)

Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, Rusiya Kino Ekspertləri və Film Tənqidçiləri Gildiyasının prezidenti Kirill Razloqov 76 yaşında vəfat edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə qızı, kinoşünas Anastasiya Razlogova "Facebook”da yazıb.

Qeyd edək ki, Kirill Razloqov Moskva Beynəlxalq Film Festivalının proqram direktoru, Kultura telekanalında "Kult Kino” proqramının müəllifi və aparıcısı olub. Onun müəllifliyi ilə sənət, kino tarixinə aid onlarla kitab və yüzlərlə elmi əsər nəşr edilib.

Xəyal Abdullayev