Dünya 15:08 27.01.2020

Çində vəhşi heyvan ticarətinə qadağa qoyuldu

Çində ölümcül koronavirus epidemiyasının yayılması ilə əlaqədar olaraq vəhşi heyvan ticarətinə təhlükə sovuşana qədər qadağa qoyulub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Çin hökuməti virusun insanlara heyvanlardan keçdiyi ehtimalına qarşı vəhşi heyvan bazarlarının bağlandığını və karantinaya alındığını elan edib. Bağlanılan marketlərdə porsuq, əqrəb və qurd balalarının da olduğu 110-dan çox növ heyvan satılırdı. Çinlə yanaşı Laos, Vyetnam və Kambocada da vəhşi heyvan bazarları mövcuddur.

Qeyd edək ki, bu vaxta qədər ölümcül virus səbəbindən 81 nəfər həyatını itirib. 2500 insan isə epidemiyaya yoluxub.
 
Camal