İngiltərədə polisin qruplaşmalara və terror təşkilatlarına qarşı gizli əməliyyatlarda uşaqlardan agent olaraq istifadə etdiyi ortaya çıxıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentin üst qanadı olan Lordlar Kabinəsinin hesabatında bildirilib.
Sözügedən proqram Daxili İşlər Nazirliyinin Gizli İnsani Kəşfiyyat Mənbəsi (CHIS) olaraq adlandırılan 16 yaşdan az uşaqların agent olaraq istifadə edilməsi müddətinin 1 aydan 4 aya qədər artırılması tələbindən sonra üzə çıxıb.
Hesabatı hazırlayan Tali Təftiş Komissiyasının sədri Lord Devid Trefqeym nazirliyin bu proqramını tənqid edib.
"Bir gəncin uzun müddət gizli bir əməliyyatın içərisində istifadə etməyin zehni və fiziki sağlamlığa zərər vuracağından ehtiyat edirik", - deyə o, bildirib.
Hesabatda ötən illər ərzində ingilis kəşfiyyatının neçə uşağı bu proqrama daxil etməsi ilə bağlı konkret rəqəm açıqlanmayıb.
Nazirliyin açıqlamasında uşaqların xüsusilə qruplaşmalar məsələsində məlumat alınmasında önəmli yer tutduğu bildirilib.
Şərhlər