Dünya 11:15 28.01.2020

İngiltərə bu şəxslərə iş və yaşayış icazəsi verəcək

Böyük Britaniya Brexit prosesindən sonra elm adamları və mütəxəssislərə yaşayış icazəsi verəcək.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İngiltərənin baş naziri Boris Conson açıqlama verib. O, sözügedən şəxslərə iş və yaşayış icazəsinin verilməsinə fevral ayından başlanılacağını deyib.

BBC-nin yaydığı məlumata görə isə "Qlobal Bacarıq Vizası" adı verilən prosedurun icrasına fevralın 20-dən başlanılacaq. Müraciət edənlərdən müəyyən sahələrdə çalışmaları və İngiltərənin də tanıdığı bir qurumdan referans təqdim etmələri tələb olunur.  Bunun üçün referans verən qurumlar Royal Society, Royal Academy of Engineering, British Academy, Tech Nation və Arts Council England-dır.
 
Camal