İngiltərə Premyer Liqasında VAR-la bağlı möhtəşəm yenilik: Bundan sonra...

İngiltərə Premyer Liqasında VAR-la bağlı möhtəşəm yenilik: Bundan sonra...

VAR sisteminin səmərəliliyindən narazı olan Premyer Liqa partnyorları sistemi yaxşılaşdırmaq üçün xüsusi iclas keçirib.

Qaynarinfo xəbər verir ki, Premyer Liqanın maraqlı tərəfləri və Premyer Liqa Hakimlər Assosiasiyasının təşkil etdiyi iclasda IFAB ilə müzakirələr aparılıb.
Müzakirələr zamanı VAR ilə bağlı bir sıra yeni qərarlar verilib.

Bundan sonra Premyer Liqada tamaşaçılara matç zamanı VAR-a gedən mövqelər və VAR-da çıxarılan qərarlar barədə daha ətraflı məlumat veriləcək.
Məsələn, əvvəllər VAR incələməsinə çıxarılan bir 11 metrəlik haqqında sadəcə "Penalti yoxlaması” sözləri yazılırdısa, bundan sonra belə vəziyyətlərdə tamaşaçı daha detallı məlumatlandırılacaq.

Hər hansı bir penalti vəziyyəti üçün VAR-a müraciət ediləcəyi halda hesab tablosunda "Penalti yoxlaması – mümkün əllə oynama” sözləri yazılacaq.

Premyer Liqa rəhbərliyi məlum vəziyyətdə nə üçün VAR-a müraciət edildiyini də azarkeşlərə çatdıraraq daha şəffaf bir sistem həyata keçirmək istəyir. Üstəlik, bundan sonra verilmiş qərarın səbəbi də azarkeşlərə elan ediləcək.

Penalti qərarının VAR-da ləğv edildiyi hal haqqında isə hesab tablosunda "Penalti verilmədi – Ondan qabaq cərimə” yazılacaq.

Bu yeniliklər 2019-un dekabrından tətbiq edilməyə başlanacaq.

Premyer Liqa rəhbərliyi, yığıncaqdan sonra bir sıra başqa qərarları da açıqlayıb.

IFAB protokoluna görə, hakimin və ya VAR-nın səsli əlqaəsi birbaşa azarkeşlərlə paylaşılmağı qadağan edir. Buna görə, qərar verilənə qədər bir video və ya foto göstərilməsi də yasaq olunur. Ancaq qərar verildikdən sonra video klip və foto-şəkil paylaşmağa heç bir maneə olmayacaq.

Qeyd edək ki, VAR sisteminin tətbiqindən sonra oyunun taleyini həll edəcək mübahisəli vəziyyətlərin qiymətləndirilməsində hakimlərin səhv dərəcəsi ötən mövsüm 18% olduğu halda bu il 9-a düşüb. 

Alpər
XƏBƏRLƏR
BLOGLAR