Dünya 23:12 06.12.2021

İngiltərədə uşaqlara ən çox verilən ad Məhəmməd olub

Məhəmməd adı İngiltərədə ən populyar oğlan adı olub.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "BabyCentre” məlumat yayıb.

Bildirilib ki, Məhəmməd adı fərqli yazılışlara 5-ci ildir ki, ən çox qoyulan ad olub.2-ci və 3-cü yerlərdı olan Noah və Oliver adları keçən ilki yerlərini qoruyublar.

Ömər adı 79, Abdul isə 90-cı yerdə ən yaxşı 100 oğlan uşağı adları siyahısına daxil olublar.

Qız uşaqları siyahısında isə Olivia il yenidən birinci olub. Sofiya adı isə 2-ci yerdı qərarlaşıb.

Fatimə və Nur adları da ən yaxşı 100 qız adı siyahısına daxil olublar.