Çinli mütəxəssislər Pfizer peyvəndinin yaşlılara vurulmasına qarşıdır

Çinli mütəxəssislər Pfizer peyvəndinin yaşlılara vurulmasına qarşıdır

Çinin səhiyyə üzrə mütəxəssisləri Norveçdə 23 ahılın ölümündən sonra Pfizer peyvəndinin yaşlılara vurulmasının dayandırılması ilə bağlı çağırış edib.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə Çin qəzeti "Global Times” yazıb.

Qeyd olunub ki, mРНК əsaslı yeni peyvənd tələsik hazırlanıb, yoluxucu xəstəliklərin qarşısını almaq üçün heç vaxt geniş miqyasda istifadə edilməyib.

Çinli mütəxəssislərə görə ölüm hallarının peyvəndlərdən və ya xroniki xəstəlikdən qaynaqlandığını təyin etmək üçün ölümlər diqqətlə təhlil edilməlidir. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR