Ölkə 09:20 16.09.2021

İnstitutun vəzifəli şəxsi koronavirusdan vəfat etdi (FOTO)

Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş mühasibi Nəcəfov Nizami Ramazan oğlu vəfat edib. 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, N.Nəcəfov yeni növ koronavirus infeksiyasından dünyasını dəyişib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Onun ölümü barədə ailə yaxınları sosial şəbəkədə paylaşım edib.