İdman 18:19 14.01.2022

İnzaqi "İnter"də tarixə düşdü

A Seriyasında 49 xalla liderlik kürsüsündə yer alan "İnter"in baş məşqçisi Simyone İnzaqi İtaliya klubunda tarixə düşüb.

Qaynarinfo xəbər verir ki, yanvarın 12-də keçirilən Superkubok matçında Aleksis Sançesin 120-ci dəqiqədə vurduğu qolla "Yuventus"u 2:1 hesabı ilə məğlub edən "İnter" kuboku 6-cı dəfə muzeyə aparıb.

2016-2021-ci illər arasında "Latsio"nu çalışdıran Simyone İnzagi 2017-18 və 2019-20 mövsümlərində də İtaliya Superkubokun qalibi olub. Bu mövsüm "İnter"in başına keçən çalışdırıcı yeni komandası ilə ilk kubokunu qazanıb. Mütəxəssis ümumilikdə  3 dəfə İtaliya Superkubokunun qalibi olub. Bununla yanaşı Simyone İnzaghi iki fərqli komanda ilə bu kuboku qazanan ən gənc məşqçi ünvanına sahib çıxıb.

Fabio Kapello ilə Marçelo Lippi dörd çempionluqla İtaliya Superkubokunu ən çox qazanan məşqçilər siyahısında birinci yeri bölüşürlər. "Yuventus”un baş məşqçisi Massimiliano Alleqri isə üç çempionluq yaşayıb.

Səbuhi Həsənov