İnzibati binalarda məskunlaşmış köçkün ailələrinin sayı açıqlandı

İnzibati binalarda məskunlaşmış köçkün ailələrinin sayı açıqlandı

"Hazırda işğaldan azad edilən ərazilərin bərpası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb”.

Qaynarinfo xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr yeni yaşayış sahələri ilə təmin olunacaqlar:

"Bu günədək 300 mindən çox məcburi köçkünün mənzil məişət şəraiti yaxşılaşdırılıb.

Hazırda respublika üzrə məktəb, uşaq bağçası, yataqxana, inzibati sanatoriya, pansionat və s. bu tipli obyektlərdə 40 mindən çox ailə müvəqqəti məskunlaşıb”.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR