Texnologiya 09:42 30.09.2021

"iPhone 13" almaq istəyənlərin gözü yolda qalacaq: “Apple” bundan imtina etdi

Yeni "iPhone” modeli almaq istəyənlər hələ gözləməli olacaqlar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Nikkei Asia” məlumat yayıb.

Bu, kamera modulu üçün əsas komponentləri istehsal edən Vyetnamda koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədardır.

Pandemiya səbəbindən istehsal dayandırılmalı idi. Nəticədə hazır "iPhone 13”ün çatdırılma müddəti kəskin artıb. Məsələn, Çin və Yaponiyada alıcıların gözləmə müddəti artıq beş həftədir və yeni model ən azı bir ay ərzində ABŞ-a çatır. 

"Apple” isə gecikmələri şərh etmir.

Xəyal Abdullayev