Dünya 15:08 29.07.2021

İqamətgahında qətlə yetirilmiş prezidentin ailəsi ABŞ-a köçdü

Sui-qəsd nəticəsində öldürülmüş Haiti prezidenti Jovenel Moisin dul arvadı Martin uşaqları ilə birlikdə ölkəsini tərk edərək ABŞ-a köçüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Haiti 24” xəbər portalı məlumat yayıb.

Mətbuatda yayılan məlumatlara görə, keçmiş prezidentin ailəsi iyulun 28-də ABŞ-ın Florida əyalətinə uçub. Martin Mois müalicəsini orada davam etdirəcək.
Xatırladaq ki, dövlət başçısı Jovenel Mois iyulun 7-də iqamətgahına hücum zamanı öldürülüb. Eyni zamanda, prezidentin həyat yoldaşı yaralanıb və Mayamidə müalicə alıb. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumda ən azı 28 nəfər iştirak edib, onlardan 26-sı Kolumbiya vətəndaşıdır. 27 nəfər həbs edilib.
 
Alpər