Siyasət 12:50 13.06.2013

İqbal Ağazadə: "Onlar azadlığa buraxılmalıdır"

Ümid Partiyasının sədri İqbal Ağazadə parlamentin bugünki iclasında həbsdə olan Tofiq Yaqublunun, İlqar Məmmədovun və Nidaçı gənclərin azad olunma tələbi ilə çıxış edib.

Qaynar.info-nun məlumatına görə, İ.Ağazadə çıxışında deyib ki, bu şəxslərin, ümumiyyətlə, siyasi məhbusların həbsdə saxlanılması seçki ilində Azərbaycanın imicinə zərbə vura bilər: "Onlar azadlığa buraxılmalıdır".

Sonra çıxış edən deputat Siyavuş Novruzov İ.Ağazadənin dediklərinə cavab verib: "Azərbaycanda siyasi məhbus yoxdur. Həbs olunanlar hamısı cinayət törədən insanlardır. İstintaq gedir, bitəndən sonra müvafiq qərarlar çıxarılacaq. İki dələduzun tutulması Azərbaycana ləkə gətirə bilməz. Belə olarsa, o zaman qanunsuzluq baş alıb gedər. Bunlar hamısı bəhanələrdir".

İlkin
Qaynar.info