Dünya 17:00 28.01.2021

İran 17 kq uranı 20 faizə qədər zənginləşdirdi

İran 20 faizə qədər zənginləşdirilmiş 17 kq uran var. 

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Al Hadath Twitter kanalı yayıb. Bundan əlavə, İslam Respublikasının səlahiyyətliləri üç ay ərzində Natanz nüvə müəssisəsində uranın zənginləşdirilməsi üçün 1000 sentrifuqa quraşdırıldığını elan ediblər.

Xatırladaq ki, dekabr ayının əvvəlində İran parlamenti "Sanksiyaların ləğvi üçün strateji tədbir" qanununu təsdiq edib. 

Bu qanun İran hakimiyyətini yüksək zənginləşdirilmiş uran istehsalı (20 faizdən) və nüvə anlaşmasının müddəalarından kənara çıxan daha güclü santrifuqlardan istifadə səlahiyyəti verir.
 
Alpər