Dünya 12:58 20.05.2019

"İran-ABŞ müharibəsi İraqın sonu deməkdir"

İraqlı siyasətçi Sədr Hərəkatının lideri Müqtəda Əl Sədr İran və ABŞ münasibətlərinin gərginləşməsini şərh edib.

Qaynarinfo xəbər verir ki, Sədr sosial şəbəkə hesabında İran və ABŞ arasında müharibənin başlamasını istəmədiyini dilə gətirib:
"ABŞ və İran müharibəsi İraqın sonu deməkdir. İraq növbəti müharibəyə davam gətirə bilməz. Bizim sülh və yenidənqurmaya ehtiyacımız var. Tərəflərdən biri İraqı müharibə sahəsinə çevirsə, İraq xalqının düşməninə çevriləcək".

Gülşən