Siyasət 11:55 20.09.2021

İran dronları Azərbaycanla sərhədi müşahidə edir (FOTO)

İran İslam Respublikası dünəndən Azərbaycan ilə sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə başlayıb.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, hərbi texnika ilə yanaşı, təlimlərə İranın yerli istehsalı olan "Kaman 12” pilotsuz uçuş aparatı da cəlb edilib.

Dronun Azərbaycanın cənub sərəhdləri boyunca uçuş traektoriyası hava sistemləri tərəfindən qeydə alınıb.