İran Əfqanıstan sərhədində şiddətli döyüşlər başladı: İran sərhədə ordu toplayır

İran Əfqanıstan sərhədində şiddətli döyüşlər başladı: İran sərhədə ordu toplayır

Bu gün, dekabrın 1-i günorta saatlarında İran sərhədçiləri ilə Taliban qüvvələri arasında sərhəd bölgəsində artileriya döyüşü baş verib. 
 
"Azad İran" Telegram kanalı xəbər verir ki, məlumatı İranın "Təsnim" ajansı da təsdiqləyib.  
 
İranın iddiasına görə, günorta saatları bir neçə əkinçi sərhədyanı Şəğalək bölgəsində çəkilmiş divarları aşaraq qarşı tərəfə keçib. Lakin onlar yenə də Əfqanıstan torpağına daxil olmayıblar. 
 
Bunu görən Taliban qüvvələri isə onların sərhəd pozucuları olduğunu zənn edərək "fermerlər"ə atəş açıb. Bundan sonra tərəflər arasında atışma meydana gəlib.  
 
Hazırda atışmanın dayandığı, tərəflər arasında danışıqların getdiyi deyilir. İran bir neçə hərbi postunun Taliban tərəfindən ələ keçirilməsi xəbərini təkzib edib. 
 
Taliban hələ ki, məsələyə fikir bildirməyib.  

"Sepah Cibery" kanalının məlumatına görə isə Əfqanıstanən Nimruz vilayətinin İranla həmsərhəd bölgələrində tərəflər arasında artileriya döyüşləri davam edir.

Bildirilir ki, hazırda İran sərhəd qüvvələri Taliban mövqeləri istiqamətində artileriya atışları icra edir.

Həmçinin qeyd edilir ki, sivillər döyüşlərin şiddətlənməsi səbəbindən Taliban tərəfindən Nimruz əyalətindən çıxarılır.

Yerli mənbələr də  döyüşlərin hələ də davam etdiyini bildirir.

İctimai şəbəkələrdə yayılmış görüntülərdə İranın Əfqanıstanla sərhədə əlavə qüvvə və texnika cəmləşdirdiyi müşahidə edilir.

XƏBƏRLƏR
BLOGLAR
X