Dünya 10:06 05.06.2018

İran Trampa meydan oxudu: uranın zənginləşdirilməsinə hazırlaşırlar

İranın dini lideri Ayətullah Əli Xamenei uranın zənginləşdirilməsi ilə bağlı qərarlarını açıqlayıb.

Qaynarinfo NBC News-a istinadən xəbər verir ki, ABŞ-ın nüvə sazişindən imtinasına münasibət bildirən Xamenei iranlı mütəxəssislərin uranın zənginləşdirilməsinə hazır olduğunu, İranın raket proqramlarından imtina etməyəcəyini vurğulayıb. Dini liderin bəyanatına görə, İran xalqı nüvə məhdudiyyətləri və sanksiyaların altında əzilməyəcək. 

İran nüvə fəaliyyətinə davam etmək üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə məktub göndərəcək.

Gülşən