Ölkə 15:55 04.08.2015

İran Türkiyə ilə sərhəddini bağladı

İrandan şok Türkiyə qərarı. 

anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, İran qonşu ölkə ilə sərhəddini bağlayıb. 

İranın polis rəisi Hüseyin Aştari bu barədə məlumat verib. O, deyib ki, Türkiyədə iki həftədir baş verən siahlı hücumlar səbəbilə Yüksək Milli Təhlükəsizlik Şurasının (SNSC) qərarı ilə sərhəddi müvəqqəti olaraq bağlanıb. 

İranın "Tasnim" xəbər agentliyinin yaydığı məlumata görə, Aştari bu barədə açıqlamanı paytaxt Tehranda qatıldığı konfranslardan birində elan edib. 

Türkiyə ilə İran arasında 3 sərhəd keçid qapısı var. Aştari İranın Hakkari Yüksekova, Van Özalp və Ağrı Doğubeyazıtdakı sərhəddinin tamamilə bağlanıb-bağlanmadığına aydınlıq gətirməyib. 

İran Dəmiryolları Şirkəti Raja da cümə günü qatar reyslərini ləğv etdiyini və türk rəsmilərdən bir açıqlama olana kimi Ankaraya səfər olmayacağını açıqlamışdı. 

İran-Türkiyə sərhəddi

Xatırladaq ki, son bir ayda Türkiyədə terror aktlarının sayı artıb. Hadisələr Surucda baş verən terror aktından sonra daha da çoxalıb. 

İyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aksiyalar keçiriblər, silahlı basqınlar törədirlər. 

PKK silahlılarının hücumu nəticəsində son bir neçə həftədə 10-dan artıq şəhid verilib, yollar kəsilib, onlarla maşın yandırılıb.

Qaynar.info