Xəbər lenti

İranda 4,7 bal gücündə zəlzələ olub
Dünya 13:31 18.05.2019

İranda 4,7 bal gücündə zəlzələ olub

İranın cənubunda Fars vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, Trend-in məlumatına görə, İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib ki, zəlzələ vilayətin Xane Zinyan şəhərinin 18 kilometrliyində olub.

Təkanlar saat 12:18-də qeydə alınıb və 10 km dərinlikdə baş verib.

Xəsarət alanlar və ya dağıntı barədə məlumat verilməyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->