Dünya 20:05 06.08.2017

İranda hərbi bazada atışma: 4 nəfər ölüb, 12-si yaralanıb

İranın Kəhrizax şəhərində yerləşən hərbi bazaların birində insident olub.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, silahlı əsgərin atəş açması nəticəsində 1 zabit, 2 əsgər ölüb. Digər hərbçilər atəş açan əsgəri güllələyiblər. Hadisə zamanı 12 həbşi də yaralanıb. Yaralılar hərbi qospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qaynarinfo.Az