Dünya 18:09 04.04.2020

İranda koronavirus səbəbindən daha 158 nəfər öldü

İranda son 24 saatda yeni növ koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 158 nəfər də artıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bununla İranda Kovid-19-dan ölənlərin sayı 3452 nəfərə yüksəlib. Beləliklə, İranda koronavirusdan həyatını itirənlər Çini ötüb.

İranın Səhiyyə Nazirliyinin sözçüsü Kəyanuş Cahanpurun sözlərinə görə, son 1 gün ərzində 2560 nəfər infeksiyaya yoluxub. Bununla da epidemiyaya yoluxma sayı 55 min 743 nəfərə çatıb.

Camal