Xəbər lenti

İranda koronavirusdan ölənlərin sayı 3 600 nəfəri ötdü
Dünya 15:00 05.04.2020

İranda koronavirusdan ölənlərin sayı 3 600 nəfəri ötdü

İranda koronavirusa yoluxanların sayı 58 226 nəfərə çatıb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.

O, qeyd edib ki, ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 3 603 nəfərə çatıb.

"Ötən gün ərzində bütün ölkə üzrə koronavirusa 2 483 yeni yoluxma aşkarlanıb. Bu məlumatları nəzərə alaraq, virusa yoluxanların sayı 58 226-a qədər artıb", - deyə o IRINN telekanalının efirində bildirib.

Kianuş Cahanpurun sözlərinə görə, virusa yoluxmuş 22 011 xəstə sağalıb.

"Təəssüf ki, son 24 saatda 151 nəfər xəstəxanalarda və tibb mərkəzlərində ölüb. Koronavirusdan ölənlərin ümumi sayı 3 603 nəfərdir", - o əlavə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->