Dünya 13:58 17.09.2019

İranda polislər hədəf alındı

İranda təhlükəsizlik əməkdaşları silahlı hücuma məruz qalıb.

Qaynarinfo xəbər verir ki, Sistan-Bəlucistanın İranşəhr bölgəsində terrorçular polisləri hədəf alıb. Hücum zamanı bir polis öldürülüb, üçü yaralanıb.

Cinayətkarlar motosikletlə hadisə yerindən uzaqlaşıb. Onları yaxalamaq üçün ərazidə əməliyyat başlayıb.

Gülşən