Dünya 15:50 11.03.2020

İranda saxta içkidən ölənlərin sayı 67-yə çatdı

İranın Xuzistan, Əlborz və Mazandaran əyalətlərində son 1 həftədə saxta içkidən həyatını itirənlərin sayı 67 nəfərə çatıb.

Qaynarinfo İRNA-ya istinadən xəbər verir ki, bu barədə Əhvaz Cundişapur Tibb Elmləri Universitetinin sözçüsü Əli İlsanpur açıqlama verib. Onun sözlərinə görə, 6 mart tarixindən bəri saxta içkidən zəhərlənən 502 nəfər xəstəxanalara müraciət edib.

"Bəzi işbazlar spirtin koronavirusa təsir etdiyinə dair şayiələr yayıb. Spirt koronavirusun müalicə mərhələsində heç bir işə yaramır", - deyə İhsanpur bildirib. 

Əhvaz şəhərinin baş prokuror əvəzi Əli Beyranvənd isə saxta içkiyə görə 17 nəfərin saxlanıldığını elan edib.

Camal